CƏMİYYƏT
Metropolitençilər ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 8 noyabr, Elvin Camalov, AZƏRTAC
8 noyabr Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 8-də metropolitençilər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn metropolitençilər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:05]
Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub
- 19.04.2024 [17:53]