İQTİSADİYYAT
Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək
Bakı, 2 fevral, Elvin Camalov, AZƏRTAC
Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Bakı Metropoliteni” QSC növbəti sosial layihəni həyata keçirəcək. Fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti Qara Qarayevin anadan olmasının 100 illiyidir.
Bu münasibətlə metronun dahi bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında həmin gün saat 17:00-dan 19:00-dək ilk dəfə musiqili proqram təşkil olunacaq.
Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]