DÜNYA


Mett Henkok Britaniyanın baş naziri postuna namizədliyini geri götürüb

Bakı, 14 iyun, AZƏRTAC

Böyük Britaniyanın səhiyyə və sosial müdafiə naziri Mett Henkok Mühafizəkarlar partiyasının lideri və ölkənin baş naziri postuna namizədliyini geri götürüb. Bununla da həmin vəzifəyə iddialıların sayı altı nəfərədək azalıb.

AZƏRTAC xəbər verir ki, Mett Henkok öz qərarını “Evening Standard” qəzetinə müsahibəsində elan edib.

Tori parlament fraksiyasının üzvləri arasında iyunun 13-də keçirilən səsvermənin ilk turunun nəticələrinə əsasən, Henkok partiya üzrə 20 həmkarının dəstəyini qazanmış və ikinci tura adlayan yeddi namizəd arasında altıncı yeri tutmuşdu.

Xatırladaq ki, Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson səsvermənin birinci turunda ən çox səs toplayan namizəd olub. O, 312 deputatın 114-nün dəstəyini əldə edib. Onun ardınca 43 səslə Forin ofisin (Böyük Britaniyanın Xarici İşlər və Həmrəylik Məsələləri üzrə Nazirliyi) rəhbəri Ceremi Hant və 37 səslə ətraf mühit, ərzaq və kənd təsərrüfatının inkişafı naziri Maykl Qouv gəlir.

Səsvermənin ikinci raundu iyunun 18-də keçirilməlidir. Bu raundda namizədlər azı 33 deputatın dəstəyini qazanmalıdır. Partiyanın yeni liderinin və Böyük Britaniyanın baş nazirinin adı iyulun sonlarında məlum olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.