MƏDƏNİYYƏT


Mett Smit "Əjdahanın evi" filminin çəkilişi zamanı qılınc yarası alıb

Bakı, 19 avqust, AZƏRTAC

Amerika yazıçısı Corc Martinin əsərlərinin motivləri əsasında çəkilən “Əjdahanın evi” filminin aktyoru Mett Smit çəkiliş meydançasında döyüş səhnəsində qılıncla işləyərkən yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu M.Smitin filmdəki həmkarı Fabien Frankel deyib.

"Bu, Mettlə etdiyimiz qeyri-adi döyüş səhnəsi idi. Məni ən çox narahat edən, qılıncın onun əlindən sıyrılaraq başına dəyməsi oldu. Bunun nəticəsində balaca bir kəsik yarası aldı, amma vəziyyətinin yaxşı olduğunu düşünürəm. Mett cəsarətli adamdır", - deyə aktyor F.Frankel şərh edib.

Ekran əsərində əsas rolları Mett Smit, Fabien Frankel, Peddi Konsidayn, Oliviya Kuk, Emma D'Arci, Stiv Tussen, İv Best, Riz Ayfens, Sonoya Midzuno canlandırırlar.

Qeyd edək ki, film əjdahaların yaranma səbəbləri və başlanğıcı, həmçinin atalarının ölümündən sonra taxt uğrunda mübarizə aparan qardaş və bacı Eyqon II ilə Reyniroy Tarqarien arasındakı vətəndaş müharibəsindən bəhs edir.

“Əjdahanın evi” filminin premyerasının avqustun sonunda keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.