CƏMİYYƏT


Metyu Vennemeyer: İtkin düşmüş şəxslərin axtarışı sahəsində Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edirik

Metyu Vennemeyer: İtkin düşmüş şəxslərin axtarışı sahəsində Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edirik

Bakı, 24 may, AZƏRTAC

Bakıda təşkil olunan “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfransda iştirak etməkdən məmnunluq duyuram.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avrasiyada məhkəmə ekspertizası üzrə regional meneceri Metyu Vennemeyer söyləyib.

“Mən Azərbaycanda BQXK-nin həyata keçirdiyi humanitar fəaliyyət çərçivəsində üç il yarımdır işləyirəm. Biz əsasən itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası ilə bağlı müxtəlif layihələr çərçivəsində Azərbaycanın müvafiq qurumları ilə birgə əməkdaşlıq edirik.

Cəsədlərin axtarışı zamanı əsas informasiya mənbəyi şahidlər və arxiv materiallarıdır ki, bunlar bizə axtarışlar zamanı çox kömək edir. Əlbəttə ki, sənədləşmə və axtarışların aparılması zamanı texnologiyadan istifadə olunur. Ancaq hər hansı axtarışa başlayan zaman ən mühüm amil etibarlı və dolğun məlumatın olmasıdır. Məhz şahidlərin verdiyi bu informasiyalar bizə məzar yerlərini dəqiq müəyyənləşdirməyə kömək edir. Texnologiya isə bu axtarışlar zamanı vaxta və resurslara qənaət olunmasına və axtarış zamanı yeni üsullardan istifadə etməyə imkan verir”, - deyə regional menecer qeyd edib.

Metyu Vennemeyer deyib ki, belə konfransların keçirilməsi itkin düşmüş şəxslərin humanitar məqsədlərlə axtarışı və identifikasiyası sahəsində akademik dairələr, tələbələr və dövlət qurumları ilə birgə müzakirələr aparılmasına və bu sahədə daha sıx əməkdaşlıq edərək Azərbaycan mütəxəssislərinin geniş təcrübə qazanaraq beynəlxalq səviyyədə tanınmasına təkan verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.