DÜNYA
“Metyu” qasırğası ən yüksək təhlükə səviyyəsinə çatıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Sentyabrın 30-da axşam saatlarında “Metyu” qasırğası Karib dənizində ən yüksək – beşinci təhlükə səviyyəsinə çatıb. Bu barədə məlumat ABŞ-ın qasırğaları müşahidə üzrə milli mərkəzindən verilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qasırğanın mərkəzində küləyin sürəti saatda 260-320 kilometrə qədərdir. O, Yamayka, Kuba və Haitiyə, həmçinin Kolumbiya və Venesuelanın Karib dənizi sahillərinə təhlükə yaradır. Hazırda qasırğa Kolumbiya sahillərindən təxminən 120 kilometr, Yamaykadan isə 710 kilometr məsafədə yerləşir.
Meteoroloqların müşahidələrinə əsasən, “Metyu” bu mövsümdə Karib dənizində qeydə alınan və 2007-ci ildən bəri baş verən ən güclü qasırğadır.
Kolumbiyada şiddətli leysan yağışları və daşqınlar səbəbindən artıq bir nəfər həyatını itirib. Qasırğanın yaxınlaşması ilə bağlı Panama hökuməti də hazırlıqlara başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]