DÜNYA


Mexikoda metro qəzası nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Bakı, 5 may, AZƏRTAC

Meksikanın paytaxtı Mexikoda metro körpüsünün çökməsi nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Mexiko prokurorluğunun tviter səhifəsində yerləşdirilib.

Prokurorluq faciə qurbanlarının siyahısını dərc edib. Həlak olanların əksəriyyəti kişidir və onların arasında 13 yaşlı oğlanın da adı var. Paytaxt prokurorluğu bütün cəsədlərin şəxsiyyətinin müəyyən olunduğunu və ailələrinə təhvil verildiyini bildirib.

Xatırladaq ki, faciə mayın 3-ü yerli vaxtla saat 22:25 radələrində (Bakı vaxtı ilə mayın 4-ü saat 7:25) Olivos stansiyası rayonunda baş verib. Metro körpüsü üzərindən qatar keçən zaman çöküb. Nəticədə qatarın bir necə vaqonu təxminən 10 metr hündürlükdən yerə düşüb, yaxud əyilmiş vəziyyətdə qalıb.

Şimali Amerikanın ən böyük metropolitenlərindən biri olan Mexiko metrosunda sonuncu ciddi insident yanvar ayında baş vermişdi. O zaman şəhərin tarixi mərkəzindəki postda yanğın zamanı bir nəfər həlak olmuş, 29 nəfər isə yaralanmışdı. Nəticədə metronun üç xəttində nəqliyyatın hərəkəti üç gün dayandırılmış, digərlərində isə bərpa işləri bir aya yaxın davam etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.