Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Mextild Rosler: Azərbaycan mədəni irsin qorunub saxlanmasına və mühafizəsinə böyük töhfələr verib

Paris, 13 sentyabr, AZƏRTAC

Gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlərin tanınması və silahlı münaqişələr zamanı onların toxunulmazlığının təmin edilməsi məqsədilə Haaqa Konvensiyasına əlavə olan 1999-cu il İkinci Protokolunu ratifikasiya edən dövlətlər xüsusi fərqləndirici nişan təsis ediblər. Bu nişan ilk dəfə UNESCO-nun gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısına daxil edilmiş İçərişəhərdə və Qobustanda istifadə edilib. Bu siyahıya bəşəriyyət üçün son dərəcə önəmli olan mədəni mülkiyyətlər daxil edilir.

AZƏRTAC-ın xüsusi müxbiri bununla bağlı UNESCO-nun irs bölməsinin və Dünya İrs Mərkəzinin direktoru Mextild Roslerə suallarla müraciət edib.

-Gücləndirilmiş mühafizə mexanizmi nədir və bu mexanizmin əsas məqsədi nədən ibarətdir?

-1954-cü ildə silahlı münaqişələr zamanı mədəni mülkiyyətlərin mühafizəsi üçün Haqqa Konvensiyası təsis edilib. Bundan başqa, çox böyük əhəmiyyət kəsb edən məhdud sayda mədəni mülkiyyətlərin qorunması üçün ümumi və xüsusi mühafizə rejimi tərtib edilib. Ancaq bu sistem elə də uğur qazana bilməyib. Bu xüsusi rejimdəki xətaları düzəltmək məqsədilə yeni mühafizə sistemi – gücləndirilmiş mühafizə tərtib edilib və 1999-cu ildə ikinci protokol qəbul edilib. Bu mexanizm 1954-cü il Haaqa Konvensiyasının təqdim etdiyi ümumi və xüsusi rejimlərdən fərqli olaraq bəşəriyyət üçün son dərəcə əhəmiyyətli olan mədəni irs obyektlərinin yüksək səviyyəli mühafizəsini təqdim edir. Onun əsas məqsədi mədəni mülkiyyətləri bütün hərbi hücumlardan qorumaq üçün əlavə mühafizə təmin etməkdir. İkinci protokol onun müddəalarının ciddi pozulmasına hallarına görə xüsusi cinayət sanksiyaları nəzərdə tutur. Məsələn, əgər hər hansı fiziki şəxs gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətləri hücum obyektinə çevirirsə və ya gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətdən istifadə edirsə, yaxud onun yerləşdiyi məkandan hərbi fəaliyyətin dəstəklənməsi məqsədilə istifadə edirsə və ya konvensiya və protokol çərçivəsində mühafizə olunan mədəni mülkiyyətləri dağıdar və ya mənimsəyərsə, bütün bu ciddi pozuntular milli qanunvericilik çərçivəsində cinayət pozuntusu kimi qəbul edilir.

-Hazırda UNESCO-nun gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısına hansı mədəni mülkiyyətlər daxildir və bu mülkiyyətlər hansı proses əsasında siyahıya alınır?

-Bu gün UNESCO-nun gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısına 12 mədəni mülkiyyət daxildir ki, bunlardan ikisi Azərbaycana məxsusdur. Bu mədəni mülkiyyətlərin siyahısı təşkilatın saytında yerləşdirilib.

1999-cu il tarixli ikinci protokolun 10-cu və 11-ci maddələrində gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlərin siyahıya salınması proseduru təsbit edilib. Gücləndirilmiş mühafizə yalnız komitə tərəfindən silahlı münaqişə zamanı həmin mədəni mülkiyyətin qorunması məqsədilə verilə bilər. Bu, ikinci protokola üzv və aidiyyəti mədəni mülkiyyətlər üzərində səlahiyyəti və ya nəzarəti olan dövlətin tələbi ilə və ya Blu Şild Beynəlxalq Komitəsinin və digər səlahiyyətli beynəlxalq qeyri-hökumət təşkilatlarının komitəyə tövsiyəsi ilə mümkündür. İkinci protokolun 10-cu maddəsinə görə mədəni mülkiyyətlər, eyni zamanda, aşağıdakı üç şərtə də uyğun olmalıdır:

mədəni mülkiyyət bəşəriyyət üçün son dərəcə əhəmiyyətlidir; o, adekvat hüquqi və administrativ tədbirlərlə müstəsna mədəni və tarixi dəyər kimi tanınır və son dərəcə yüksək mühafizə ilə təmin olunur; hərbi məqsədlər və ya hərbi obyektləri müdafiə üçün istifadə olunmur. Yuxarıda adları sadalanan təşkilatların tələbinin qiymətləndirilməsindən sonra komitə üzvlərinin üçdəiki səs çoxluğu ilə həmin mədəni mülkiyyətə gücləndirilmiş mühafizə statusu verilib–verilməməsi ilə bağlı qərar qəbul edilir.

-Dünya irs siyahısı ilə gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısı arasında hansı ümumi və fərqli cəhətlər var?

-Dünya irs siyahısı ilə gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlər siyahısı eyni beynəlxalq konvensiyalar əsasında tərtib edilməyib. Birincisi, dünya mədəni və təbii irsin qorunmasına dair 1972-ci il Konvensiyasından irəli gəlir. Digəri isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin müdafiəsinə dair 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il ikinci protokoluna istinadən tərtib edilib. Lakin bu, heç də o demək deyil ki, bu iki mexanizm arasında oxşarlıq yoxdur. Əslində gücləndirilmiş mühafizə mexanizmi 1972-ci il Konvensiyası əsasında tərtib edilib. Bundan başqa, mədəni mülkiyyətlərin gücləndirilmiş mühafizədən bəhrələnə bilməsini nəzərdən keçirərək komitə diqqətə çatdırır ki, dünya irsi siyahısına salınmış daşınmaz mədəni mülkiyyətlər bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən şəraitlə təmin olunsun. Hər iki mexanizm dövlətləri mədəni irsin qorunub saxlanması və mühafizəsi üçün tədbirlər görməyə təşviq edir. Bu beynəlxalq mexanizmlər çərçivəsində dövlətlər mədəni irsə birbaşa və ya dolayı yolla xələl gətirə biləcək tələsik tədbirlər görməmək öhdəliyi götürürlər. Bununla belə, bu iki mexanizm arasında mühüm fərqlər də müşahidə oluna bilər. 1972-ci il Konvensiyası sülh şəraitində, 1954-cu il Konvensiyası və onun ikinci protokolu silahlı münaqişə zamanı mədəni irsin müdafiəsini təmin etmək üçün düşünülüb. Bundan əlavə, mühafizə olunan mədəni mülkiyyət də eyni deyil: 1954-cü il Konvensiyası və onun 1999-cu il ikinci protokolu əslində daha geniş normanı əhatə edir, çünki onlar daşınar və daşınmaz mədəni mülkiyyətin mühafizəsini təmin edir. Ancaq 1972-ci il Konvensiyası yalnız daşınmaz mülkiyyəti nəzərdə tutur. Üstəlik, yalnız 1954-cü il Haaqa Konvensiyası və ona əlavə ikinci protokol sanksiyalar nəzərdə tutur. Gücləndirilmiş mühafizə altında olan mədəni mülkiyyətlərə hücum, hər hansı hərbi fəaliyyətə dəstək verilməsi və ya onu dağıtmaq üçün istifadə edilməsi 1999-cu il ikinci protokolunun ciddi pozulması kimi hesab olunur. Bu məsələyə üzv dövlətlər tərəfindən baxılır və ekstradisiya xarakterli cinayət əməli kimi nəzərə alınır.

-Mədəni mülkiyyətin qorunub saxlanması və mühafizəsi sahəsində UNESCO və Azərbaycan arasında hazırkı əməkdaşlıq haqqında nə deyərdiniz?

-Bu il Azərbaycan Respublikasının UNESCO-ya üzv olmasının 25 illiyi qeyd edilir. Azərbaycan 1954-cü il Haaqa Konvensiyasının üzvüdür və onun iki protokolunu ratifikasiya edib. Azərbaycan mədəni irsin qorunub saxlanılması və mühafizəsinə böyük töhfələr verib. 2013-cü ildə Şirvanşahlar sarayı və Qız qalası, eləcə də qayaüstü rəsmlərdən ibarət olan Qobustan qoruğu gücləndirilmiş mühafizə altında olan dünya mədəni irs siyahısına salınıb.

Azərbaycan, həmçinin 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunun həyata keçirilməsi fəaliyyəti ilə bağlı da öz töhfəsini verib. UNESCO davamlı dəstəyinə görə Azərbaycana minnətdardır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək