DÜNYA


Meymun çiçəyi virusu İtaliyada da aşkarlanıb

Roma, 20 may, AZƏRTAC

İtaliyanın paytaxtı Romada bir nəfərdə meymun çiçəyi virusu aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, virus daşıyan şəxsin İspaniyanın Kanar adalarından Romaya gəldiyi bildirilib.

İtaliyanın Ali Səhiyyə İnstitutu ölkədə meymun çiçəyi virusu ilə bağlı vəziyyətə nəzarət etmək üçün mütəxəssislərdən ibarət xüsusi əməliyyat qrupu yaradıb.

Səhiyyə Nazirliyi isə bu xəstəliklə bağlı bölgələrdəki yerli səhiyyə orqanlarına xəbərdarlıq məktubu göndərib.

İtaliyanın səhiyyə naziri Roberto Speranza həm milli, həm də Avropa müşahidə şəbəkələri sayəsində məsələyə böyük diqqətlə yanaşdıqlarını deyib.

Qeyd edək ki, Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun səbəb olduğu bu nadir xəstəlik Avropada ilk dəfə mayın əvvəlində aşkarlanıb.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.