MƏDƏNİYYƏT


“Meymunlar planeti: Müharibə” filminin yeni bölümünün çəkilişlərinə başlanılıb

Bakı, 24 iyun, AZƏRTAC

“Fox” kinostudiyası “Meymunlar planeti: Müharibə” filminin növbəti yeni bölümünü hazırlayır və artıq aktyor seçimlərinə başlanılıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, filmin ssenarisi tam hazırlanaraq studiya rəhbərliyi tərəfindən təsdiqlənib.

“Meymunlar planeti”nin rejissoru Ues Bolun layihəni tərk edəcəyi də məlum olub, lakin səbəblər göstərilmir. Çox güman ki, onu yeni rejissor Pol Douns Kolayzo əvəz edəcək.

Qeyd edək ki, “Meymunlar planeti: Müharibə” adlı filmin sonuncu bölümü 2017-ci ildə ekranlaşdırılıb.

Filmin istehsal büdcəsi 150 milyon dollar, dünya üzrə kassa gəliri isə 490 milyon dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.