CƏMİYYƏT


Meyvə şirələrinin qəbulu zamanı müəyyən şərtlərə əməl olunmalıdır

Bakı, 17 iyul, AZƏRTAC

Meyvə şirələrinin qəbul edilməsi orqanizm üçün çox faydalıdır. Lakin onun qəbulu zamanı bir sıra vacib şərtlərə əməl edilməlidir.

Həkim-fitoterapevt Fizuli Hüseynovun AZƏRTAC-a dediyinə görə, immun sistemi aşağı olanlar C vitamini ilə zəngin olan portağal, limon və ya qreypfrut şirələri içə bilərlər, böyrək problemi olanların limonla cəfəri şirəsinin qarışığını qəbul etməsi məsləhətdir: “Zehni inkişafı geri olanlar və qurd xəstəliyindən əziyyət çəkən uşaqların kök şirəsindən istifadə etməsi çox faydalıdır, lakin meyvə şirələrinin qədərindən çox istifadə edilməsi yolverilməzdir. Gün ərzində meyvə şirələri maksimum 3 stəkan, tərəvəz şirələri isə daha az miqdarda qəbul edilməlidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.