İQTİSADİYYAT


Meyvə-tərəvəz məhsullarının ixracı 23,6 faiz artıb

Bakı, 7 may, AZƏRTAC

Cari ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz artaraq 162,6 milyon ABŞ dolları təşkil edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may nömrəsinə istinadla bildirir ki, müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3 faiz, pambıq iplik ixracı 19,8 faiz, pambıq lifi ixracı isə 6,8 faiz artıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.