Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Məzahir Əfəndiyev: Azərbaycan BMT-nin Nizamnaməsinə əsaslanan fəaliyyət göstərməklə beynəlxalq arenada nümunəvi dövlətə çevrilib

Məzahir Əfəndiyev: Azərbaycan BMT-nin Nizamnaməsinə əsaslanan fəaliyyət göstərməklə beynəlxalq arenada nümunəvi dövlətə çevrilib

Bakı, 30 iyun, AZƏRTAC

XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının keçdiyi çətin günlərdə xalqımızın müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması kimi qəbul edilən bir tarixi hadisə baş verdi.

1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan dünyanın ən nəhəng təşkilatının 181-ci üzvü oldu. Daha sonra ulu öndər Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyuldu. Məhz o müddətdən Azərbaycan BMT-nin alt strukturlarının akkreditasiyasını həyata keçirməklə onlarla hərtərəfli, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

Onun sözlərinə görə, bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsinə əsaslanan fəaliyyət göstərməklə beynəlxalq arenada nümunəvi dövlətə çevrilib. İldən-ilə daha da güclənən və dərinləşən BMT-Azərbaycan əlaqələrinin bariz nümunəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçirilən bütün yüksək səviyyəli tədbirlərdə, konfranslarda, forumlarda çıxışlar edir, Azərbaycanın təcrübəsini və həqiqətlərini dünya ictimaiyyətinə böyük uğurla çatdırır.

“Dövlətimizin başçısının iyunun 27-də BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABITAT) təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında növbəti çıxışı bir daha Azərbaycanın multikultural dəyərlərin, beynəlxalq əməkdaşlığın təşviqi və gücləndirilməsi, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, habelə iqlim dəyişikliyi fonunda “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarının tətbiqi istiqamətində gördüyü işlərin bariz nümunəsidir.

Prezident İlham Əliyev Forumdakı çıxış nitqində ölkəmizin malik olduğu iqtisadi potensialdan, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərindən, habelə Cənubi Qafqazda inkişafa, sülh və əmin-amanlığa verilən töhfələrdən bəhs edərək görülən işlər kontekstində ekoloji dayanıqlılığın qorunmasını diqqətə çatdırdı”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün dünyamız təkcə qlobal pandemiya ilə deyil, iqlim dəyişikliyinin mənfi nəticələri ilə də mübarizə aparır. Şəhərlər iqlim dəyişikliyinə səbəb olan qlobal istixana qazı emissiyalarının üçdəikisindən çoxuna cavabdehdir. Bu baxımdan bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr diqqətlərini yeni “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına yönəldiblər.

Azərbaycan, eyni zamanda, yerləşdiyi coğrafiyaya görə iqlim dəyişikliyinin mənfi təsirlərinə çox həssasdır. Ölkəmiz iqlim dəyişikliyinin mənfi təsirlərindən, o cümlədən daşqınlar, quraqlıqlar və sair əhəmiyyətli dəyişikliklər kimi ekstremal hava hadisələrinin sayının artması ilə üzləşir. Bu məcrada şəhərlərin inkişafı üçün iqlim problemlərinin həlli bu gün prioritet istiqamət olaraq qalmaqdadır.

“İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə ölkəmiz üçün yeni çağırışları ortaya qoydu. Xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə törədilən ekoloji terrora baxmayaraq, kütləvi yenidənqurma və keçmiş məcburi köçkünlərimizin doğma yurdlarına geri qaytarılması işləri Azərbaycan üçün “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmasından istifadə etməklə görülür.

Bu gün doğma Qarabağımızda regionun dirçəlməsi üçün tətbiq edilən yeni yanaşmalar, əldə edilən təcrübə digər şəhərlərimizin müasirləşdirilməsi və yenidən qurulması zamanı da istifadə olunmaqdadır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır”.

Həyata keçirilən urbanizasiya prosesində Azərbaycan Respublikasının Milli Məclisi də öz növbəsində yaxından iştirak edərək həm müvafiq qanunvericilik bazasının formalaşdırılması, həm də dünya dövlətləri ilə beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi baxımından görülən işlərə öz əməli töhfəsini verməkdədir”, - deyə M.Əfəndiyev bildirib.

Deputat diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Hazırda Azərbaycan hökumətinin UN-HABITAT-la faydalı və inkişafa yönəlmiş əməkdaşlığı formalaşıb. Azərbaycan şəhərlərinin yenidən qurulması, xüsusilə yeni çağırışları rəhbər tutaraq bərpa, yenidənqurma, şəhərsalma işlərində əldə olunan təcrübə və layihələrin icrasında tətbiq edilən mükəmməl idarəçilik bu əməkdaşlıq vasitəsilə digər dünya dövlətləri üçün nümunəvi model kimi təqdim oluna bilər. Azərbaycan, eyni zamanda, bundan sonra UN-HABITAT-ın təşkilatçılığı ilə yeni forumlar və digər zəruri ola biləcək tədbirlər keçirmək üçün əlaqələndirici statusuna nail olmaqla qarşılıqlı maraqların təmin olunmasına öz fəaliyyəti ilə töhfə verəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır