SİYASƏT


Məzahir Pənahov: Azərbaycanda seçkilərin demokratik şəkildə keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycanda son illər böyük nailiyyətlər əldə olunub. Qazanılan nailiyyətlər hər şeydən əvvəl Azərbaycanda dayanıqlı, sabit inkişafla bağlıdır. Ölkədə seçkilərin demokratik keçirilməsi üçün möhkəm hüquqi baza yaradılıb. Bunlar, əlbəttə, Azərbaycan vətəndaşlarının hüquqlarının təmin olunması üçün mühüm şərtlərdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Məzahir Pənahov vurğulayıb ki, qazanılan uğurlar birbaşa Prezident İlham Əliyevin düşünülmüş, müdrik siyasətinin nəticəsidir.

“Dövlətimiz, xalqımız əmin olsun ki, məsuliyyətimizi yaxşı başa düşürük. Çalışacağıq ki, fəaliyyətimizi bundan sonra da qanunvericiliyin tələbləri əsasında, Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının maraqları əsasında davam etdirək”, - deyə M.Pənahov bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.