SİYASƏT


Məzahir Pənahov: Azərbaycanın seçki təcrübəsini nümunə göstərmək olar

Bakı, 11 oktyabr, AZƏRTAC 

Müstəqil Azərbaycan müxtəlif sahələrdə olduğu kimi, seçkilər sferasında da ciddi irəliləyişlər əldə edib. Azərbaycanın seçki təcrübəsini nümunə göstərmək olar. 1990-cı illərin ortalarından sonra ölkədə siyasi sabitlik əldə edildi. Bu isə ədalətli, şəffaf seçki keçirilməsi üçün əsas şərtdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dairə seçki komissiyalarının sədrləri üçün keçirilən geniş müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Sədr qeyd edib ki, müxtəlif dövrlərdə seçki prosesinə müdaxilələrlə bağlı müəyyən cəhdlər olsa da, dövlətimizin başçısının ortaya qoyduğu mövqe ilə bu cəhdlərin qarşısı alınıb və şəffaf seçkilərin keçirilməsinə nail olunub. Mərkəzi Seçki Komissiyası müxtəlif dövlət qurumları ilə sıx əlaqələr saxlayır. Bu isə şəffaf seçkilərin keçirilməsinə zəmin yaradır. Bütün bölgələrdə məntəqə seçki komissiyaları üçün əlverişli iş şəraiti yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.