SİYASƏT


Məzahir Pənahov: Parlament seçkiləri ilə əlaqədar xarici müşahidəçilərin qeydiyyatı prosesi sürətlə davam edir VİDEO

Bakı, 13 yanvar, AZƏRTAC

Milli Məclisə seçkilərlə əlaqədar 2000-ə yaxın yerli və xarici müşahidəçi müraciət edib və onların demək olar ki, hamısı müsbət cavab alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, qeydiyyatdan keçən həmin müşahidəçilərin 1630-u yerli müşahidəçidir. Xarici müşahidəçilərin sayı isə 70-ə yaxındır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının müşahidə missiyası artıq fəaliyyətə başlayıb. İtaliya, Çexiya parlamentlərinin, Litva Seyminin müşahidəçiləri artıq akkreditasiyadan keçiblər. Moldova Mərkəzi Seçki Komissiyasının nümayəndələri də seçkiləri müşahidə edəcəklər. Xarici müşahidəçilərin qeydiyyatı prosesi hazırda sürətlə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.