SİYASƏT


Məzahir Pənahov: Sosial şəbəkələrdən sui-istifadə olunmamalıdır

Bakı, 18 fevral, AZƏRTAC 

Hansı Seçki Məcəlləsində yazılıb ki, biz şikayətçiyə rəy verməliyik? Bizə təlqin etmək istəyirlər ki, Mərkəzi Seçki Komissiyasına təqdim edilən görüntülərə onlarla birlikdə baxılsın. Görüntü baxıb nəticə çıxarmaq və qərar qəbul etmək üçün MSK-ya təqdim olunur. Bəzi dairə seçki komissiyalarında, məntəqə seçki komissiyalarında da bu cür arzuolunmaz hallar yaşanıb. Bəziləri komissiya üzvlərinə diktə edirlər ki, siz onu etməlisiniz, bunu etməlisiniz. Bu, harada yazılıb? Hansı Seçki Məcəlləsində yazılıb ki, şikayətçiyə rəy verilməlidir? Qeyri-adi şəkildə diktə edirlər ki, bunu etməlisən. Sonra da bunun qanunda yazıldığını iddia edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında deyib.

“Sosial şəbəkələrdən sui-istifadə etmək meyillərinin qarşısını almalıyıq”, - deyə MSK sədri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.