SİYASƏT


Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda prezident seçkilərinin müşahidəsinə qatılıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti 2021-ci il oktyabrın 24-də Özbəkistan Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkəndə səfər edib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşan səfər çərçivəsində sədr Məzahir Pənahovun özbəkistanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslərlə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının digər təmsilçiləri, həmçinin Türk Şurası, ATƏT/DTİHB və MDB-nin tərkibində də beynəlxalq müşahidəçi qismində sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.

MSK nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.