DÜNYA
Məzari-Şərifdə əfqan əsgəri 4 Amerika hərbçisini güllələyib
Bakı, 17 iyun, AZƏRTAC
Əfqan əsgərin Məzari-Şərifdə hərbi bazaya hücumu nəticəsində azı 4 Amerika hərbçisi həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi hərbi məmura istinadla məlumat yayıb. “Əfqanıstanlı əsgər bazanın ərazisində 4 ABŞ əsgərini güllə ilə vurub. Biz təhqiqat aparırıq”, - Əfqanıstan ordusunun 209-cu korpusunun nümayəndəsi Abdulla Kaxar Araam agentliyə belə deyib. ABŞ-ın Kabildəki hərbi komandanlığından Məzari-Şərif şəhərindəki “Şahin” düşərgəsində baş vermiş insident barədə məlumatlı olduqlarını bildiriblər.
Bir qədər əvvəl KİV-lər buna bənzər insident zamanı 3 ABŞ əsgərinin həlak olduğu haqqında məlumat yaymışdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]