DÜNYA
Miçiqan ştatının qanunverici məclis binasını partladacağı ilə hədələyən şəxs həbs edilib
Vaşinqton, 28 iyul, AZƏRTAC
Miçiqan ştatının qanunverici məclisinin inzibati binasına zəng vuraraq binanı partladacağı ilə hədələyən çərşənbə günü bir il həbs cəzasına məhkum edilib.
AZƏRTAC xəbər verir ki, ştatın baş prokuroru Dana Nesselin sözlərinə görə, Şarlotta şəhərinin sakini 49 yaşlı Maykl Varrone keçən ay bomba partlayışı barədə yalandan hədə-qorxu gəlməkdə təqsirkar olduğunu etiraf edib. Prokurorluq onun üzərindən terrorizmlə bağlı iki ittihamı götürüb. Hakim Ceyms Camo Maykl Varroneni İnqem dairəsinin həbsxanasında bir il həbs cəzasına və 3 il şərti həbs cəzasına məhkum edib. Bu halda onun vaxtından əvvəl həbsdən azad olunmasına imkan verilməyəcək. Nesselin sözlərinə görə, Maykl Varrone həm də psixi xəstəliklərdən müalicə kursu keçməli olacaq.
Maykl Varrone keçən il dekabrın 12-də altı dəfə Miçiqan Kapitolisinə zəng vurub və azı bir dəfə Nümayəndələr Palatasının üzvü Sintiya Consonu və onun ailəsini hədələyib. Detroytdan olan qaradərili demokrat Conson bir neçə gün bundan əvvəl sosial şəbəkədə yazıb ki, sabiq prezident Trampın vəkili, 2020-ci il seçkilərinin saxtalaşdırıldığını iddia edən Rudi Culianinin əleyhinə çıxış etdiyinə görə azı bir dəfə irqçi hədəyə məruz qalıb.
AZƏRTAC–ın Vaşinqton bürosu