DÜNYA


“Microsoft HoloLens” eynəyi muzey eksponatlarına vizual effektlər əlavə edəcək

Bakı, 18 avqust, AZƏRTAC

“Microsoft HoloLens” reallıq eynəyi Yaponiyanın “Kennin-ji” məbədi muzeyində eksponatları canlandırmağa kömək edəcək. Sözügedən qurğu sayəsində istifadəçilər artefaktlara baxarkən vizual effektləri, səsləri və üzə çıxan informasiyanı görmək imkanı əldə edəcəklər.

AZƏRTAC “therunet.com” saytına istinadən bildirir ki, layihə çərçivəsində istifadə edilmiş ilk eksponatlardan biri üzərində Yapon külək (Fudzin) və ildırım (Raydzin) allahlarının təsviri olan 400 illik naxışlı şirma olub. İstifadəçilər “Microsoft HoloLens” eynəyi vasitəsilə bu eksponata baxdıqları halda onun altında duman və ildırım görəcək, həmçinin eksponat haqda səsli məlumat eşidəcəklər. Bu proses 5 dəqiqə davam edir. Vizual effektlər “Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Hakuhodo” qrupu tərəfindən hazırlanıb.

"Hesab edirəm ki, hər bir muzey qarışıq reallıqdan istifadəyə cəhd etməlidir. Bu, həmçinin adi ziyarətçiləri texnologiyaya cəlb etmək üçün lazımdır", – deyə “Hakuhodo Inc.” reklam agentliyinin yaradıcı direktoru Kadzuxiro Sudo deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.