İQTİSADİYYAT
“Microsoft Office” proqramında yenilik tətbiq olunub
Bakı, 12 noyabr, AZƏRTAC
“Microsoft” Korporasiyası “iPhone”, “iPad” və “Android” platformalı planşetlər üçün “Office” proqramında yenilik tətbiq edib.
“Microsoft Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, artıq sənədlərin yaradılması və redaktəsi üçün “Office”ə abunə olmaq lazım gəlməyəcək. “Microsoft” mobil cihazlar və bulud xidməti istifadəçilərinə genişfunksionallı “Office” alətlərini təklif edir. “iPad” və “iPhone” üçün “Office”in yeni tətbiqləri 136 ölkədə 29 dildə istifadə olunacaq, eyni zamanda “iOS 7.0” və ya daha son versiya əməliyyat sistemli cihazlar üzərində işləyəcək.
Daha ətraflı məlumatı “Microsoft” rəsmi bloqundan əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]