ELM VƏ TƏHSİL


“Microsoft” şirkəti 2020-ci ildə “Windows 7” sisteminin ödənişsiz dəstəyini dayandıracaq

Bakı, 17 yanvar, AZƏRTAC

“Microsoft” şirkəti 2020-ci ildə “Windows 7” əməliyyat sisteminin ödənişsiz dəstəyini dayandıracaq. “Windows 7”nin dəstəklənmə müddətinin başa çatmasına 1 il qalmasına baxmayaraq, şirkətlərin təxminən 50 faizində kompüterlər həmin sistem əsasında işləyir.

AZƏRTAC “dailycomm.ru” saytına istinadən xəbər verir ki, proqram təminatı üzrə ixtisaslaşmış “Kollective” şirkəti tərəfindən keçirilmiş sorğu nəticəsində təşkilat və müəssisələrin 43 faizində kompüterlər “Windows 7” sisteminin idarəetməsi altında işləyir. Bundan başqa, respondentlərin 16 faizi köhnə “Windows XP” və “Vista” platformalarından istifadə edildiyini bildirib. Sorğuda Avropa və ABŞ-da fəaliyyət göstərən 260-dan çox informasiya texnologiyaları üzrə şirkət rəhbərləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.