DÜNYA


“Microsoft” şirkəti daimi olaraq distant rejimdə işləməyə icazə verib

Bakı, 12 oktyabr, AZƏRTAC

“Microsoft” korporasiyası bəzi əməkdaşlarına daimi olaraq distant rejimə keçməyə icazə verib. Bu barədə “Microsoft”un daxili rəhbərliyinə istinadən “The Verge” nəşri yazıb.

AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, şirkət iş üzrə əlverişli qrafik hazırlayıb: əməkdaşlar iş həftəsinin 50 faizdən az hissəsini evdən işləyə və ya menecerin icazəsi ilə tamamilə distant iş rejiminə keçə biləcəklər.

“Microsoft” şirkətinin rəsmisi bildirib ki, bəzi əməkdaşların distant iş rejiminə keçməsi çətin və ya qeyri-mümkündür. Məsələn, laboratoriya və ya məlumatların işlənməsi mərkəzlərində işləyən mütəxəssislər.

Evdən işləyən əməkdaşlar başqa ştat və ya ölkələrə köçə bilərlər, ancaq bunun üçün kompensasiya və bonuslar konkret köçmə yerindən asılı olacaq. “Microsoft” şirkəti daimi distant işçilər üçün “ev ofisi”nin xərclərini ödəyəcək, amma köçmə üçün xərcləri əməkdaş öz üzərinə götürür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.