DÜNYA
“Microsoft” şirkəti sensor ekrana malik “Surface Laptop” noutbukunu təqdim edib
Bakı, 17 iyun, AZƏRTAC
“Microsoft” şirkəti “Windows 10 S” sistemi ilə işləyən “Surface Laptop” noutbukunu təqdim edib. Bu noutbuka “Windows 10 Pro” sistemini pulsuz quraşdırmaq mümkündür. “Intel Core i5” və ya “i7” prosessoru ilə təchiz edilmiş versiya əlçatandır. Əməli yaddaşın tutumu 16 giqabayt, daxili yaddaş isə 512 giqabaytdır. Ekranın ölçüsü 13,5 düymdür.
AZƏRTAC “therunet.com” saytına istinadən xəbər verir ki, “USB 3.0”, “Mini DisplayPort” və standart qulaqcıqlar üçün konnektor noutbukun sol tərəfində yerləşir. “SD” kart və “USB-C” üçün slot mövcud deyil. Noutbuk qızılı, gümüşü, göy və tünd qırmızı rənglərdə əlçatandır. Çəkisi 1,25 kiloqramdır. Beləliklə, 13 düymlük “MacBook Air”dən yüngül və daha nazikdir.
“Surface Laptop” noutbuku 2256x1504 təsvir ölçülü “PixelSense” adlı sensor ekranla təchiz edilib. Ekran “Gorilla Glass 3” adlı qoruyucu şüşə ilə qorunur. Kompüterin çərçivəsi çox nazikdir.
Noutbukun korpusu alüminiumdan hazırlanıb və klaviaturanın ətrafındakı səth xüsusi materialdan işlənib.
“Windows 10 S” əməliyyat sistemi yalnız “Windows Store” mağazasındakı proqramları dəstəkləyir.