DÜNYA
“Microsoft” süni intellekt sahəsində həllərlə məşğul olan "Semantic Machines" şirkətini satın alıb
Bakı, 22 may, AZƏRTAC
"Microsoft" korporasiyası süni intellekt sahəsində həllərlə məşğul olan "Semantic Machines" şirkətini satın alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Microsoft"un bloqunda məlumat verilib. Sövdələşmənin məbləği açıqlanmayıb. Məlumata görə, "Semantic Machines" şirkətinin süni intellekt sahəsində həlləri "Cortana" adlı səsli köməkçi, həmçinin "Azure Bot" və "Xiaolce" xidmətlərinin inkişafında istifadə ediləcək. Bundan başqa, "Microsoft"un nümayəndəsi korporasiyanın Berklidə süni intellekt sahəsində tədqiqatlar üçün mərkəz yaratmaq niyyətində olduğunu bildirir.
Qeyd edək ki, "Semantic Machines" şirkəti 2014-cü ildə təsis edilib. Bu şirkətdə yaradılmış texnologiyalar çatbot və səsli köməkçilərə istifadəçi ilə daha təbii ünsiyyət qurmağa imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]