İDMAN
Mik Şumaxer: Tezliklə Formula 1 yürüşlərində iştirak etmək ümidindəyəm
Bakı, 23 iyul, AZƏRTAC
Formula 2 yürüşlərinin pilotu Mik Şumaxer tezliklə Formula 1 yürüşlərində iştirak etmək ümidində olduğunu vurğulayıb.
AZƏRTAC xəbər verir ki, M.Şumaxer “DPA” nəşrinə verdiyi müsahibədə deyib: “Ulduzlar göydən düşmür. Əlbəttə, son vaxtlar işlərimiz o qədər də asan olmadı, bəxtimiz gətirmədi, lakin çətinliklər prosesində qiymətli təcrübə qazanılır. Biz lazımi sürətə və irəli getmək üçün potensial imkanlara malik olduğumuzu göstərmişik. Zənnimcə, biz doğru yoldayıq.
Formula yürüşlərinin aşağı dərəcələrində hər bir pilot çətinliklərdən keçməli olur. Lakin mən inamla irəliləyirəm. Yürüşdən-yürüşə özümü daha rahat hiss edirəm və güman edirəm ki, tezliklə Formula 1 mərhələsinə keçəcəyəm. Nə vaxt? Bu suala cavab vermək çətindir. Çünki vakant yer almaq üçün bəxtin gətirməlidir. Ona görə mən işimi davam etdirəcəyəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]