İDMAN


Mik Şumaxer yürüş karyerasının inkişafına nikbinliklə baxır

Bakı, 7 dekabr, AZƏRTAC

Formula 1 maşınları sinfində avtomobil yürüşləri üzrə yeddiqat dünya çempionu Mixail Şumaxerin oğlu Mik öz yürüş karyerasının inkişafına nikbinliklə baxır. O, bu barədə Sankt-Peterburqda mətbuat konfransında danışıb.

Mik Şumaxer ötən mövsümdə Formula 3 üzrə Avropa çempionatının qalibi olub. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 19 yaşlı pilot gələn mövsümdə artıq Formula 2 yarışlarında iştirak edəcək.

Mik Şumaxer deyib: “Bu mövsüm bizim üçün çox uğurlu oldu. Biz bütün mövsüm ərzində lider olduq. Komanda böyük iş gördü. Odur ki, mövsümün ikinci yarısını da böyük inamla keçirdik. Şübhəsiz, mən bu il ərzində çox şey öyrəndim və səbirsizliklə növbəti ili gözləyirəm. Mən karyeramın inkişafına nikbinliklə baxıram. Zənnimcə, Formula 2 yarışlarında iştirak etməyə hazıram. Bu, növbəti addımdır”.

Pilot Formula 1 ilə Formula 2 arasında fərqə toxunaraq deyib: “Artıq yeni bolidi sınaqdan keçirmişəm. Mənə belə gəlir ki, əsas fərq rezindədir. O, daha sürətlidir. Spesifikaya alışmaq üçün vaxt lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.