İQTİSADİYYAT


Mikayıl Cabbarov: On ayda qeyri-neft ixracının həcmində 42 faizədək artım olub

Bakı, 10 noyabr, AZƏRTAC

Son dövrlərdə qeyri-neft sektorunun ixrac imkanlarının getdikcə artması iqtisadiyyatın şaxələnməsinin mühüm göstəricilərindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2021-ci ilin on ayında qeyri-neft ixracının həcmində 42 faizədək artım olub. Bu, ən yüksək tarixi göstəricidir. Cari il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard dollar civarında olacağı gözlənilir. Bu dinamika qeyri-neft ixracının qeyri-neft ÜDM-də payının artmasını da şərtləndirir. Doqquz ayda bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz bənd artaraq 7,7 faizə çatıb. Eyni zamanda, 9 ayda qeyri-neft sənaye məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.