CƏMİYYƏT


Mikayıl Həsənli: Altı ilə yaxındır ki, könüllü kimi həvəslə fəaliyyət göstərirəm

Bakı, 5 dekabr, Elmir Səftərov, AZƏRTAC

Beynəlxalq Könüllülər Günü ərəfəsində “İlin könüllüsü” seçildiyim üçün qürurverici hisslər yaşayıram.

Bunu AZƏRTAC-a müsahibəsində ilin könüllüsü seçilən Mikayıl Həsənli deyib.

Mikayıl Həsənli Prezident İlham Əliyevin çağırışına qoşularaq altı ilə yaxındır müxtəlif tədbirlərdə könüllü kimi fəaliyyət göstərdiyini vurğulayıb. O bildirib: “42 yaşım olmasına baxmayaraq, bütün könüllü proqramlarında iştirak etmişəm. Ən önəmli beynəlxalq yarışların, tədbirlərin də könüllü kimi iştirakçısıyam. Burada olmaq çox gözəl hissdir. Yaşından və sosial durumdan asılı olmayaraq, bütün gənclərimizə bu cür tədbirlərdə iştirak etməyi tövsiyə edirəm. Arzumdur ki, ölkəmiz gənclərimiz sayəsində bundan sonra daha gözəl günlər qeyd etsin. Ümidvaram ki, yetişən gənclər könüllülük fəaliyyətində ürəklə, həvəslə iştirak edəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.