REGİONLAR


Mikayıl Müşfiqin şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır

Qusar, 4 dekabr , Elxan Yusifli, AZƏRTAC

Mikayıl Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi daim xalqımızın yaddaşında yaşayacaq. Görkəmli poeziya ustasının yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hisslərinin artırılması üçün əvəzsiz xəzinədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər dekabrın 4-ü Qusarda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.

Qusar Tarix-Diyarşünaslıq Muzeyi və İncəsənət məktəbinin birgə təşkil etdiyi əbədi-bədii gecədə çıxış edənlər ölməz şairin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar.

Muzeyin direktoru Xatirə Nağıbəyova bildirib ki, Prezident İlham Əliyevin Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən ölkəmizin hər yerində böyük şairə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.

Tədbirdə Qusar İncəsənət Məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirib, şairin şeirlərindən parçalar səsləndirib, incəsənət nümayəndələri musiqilər ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.