İDMAN


Mikko Kytöla: “Araz-Naxçıvan” böyük təcrübəyə malik komandadır

Bakı, 12 iyul, AZƏRTAC

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsində təmsilçimiz “Araz-Naxçıvan”ın rəqiblərindən olan Finlandiyanın “Kampuksen Dinamo” komandasının kapitanı Mikko Kytöla püşkü dəyərləndirib.

AZƏRTAC xəbər verir ki, futzalçı deyib: “Rəqiblərimizin hazırkı durumu barədə ətraflı məlumata sahib deyiləm. Ona görə də fikir yürütməkdə çətinlik çəkirəm. Həm də koronavirusun komandalara mənfi təsir göstərdiyini istisna etmirəm. Çalışacağıq qarşıdakı günlərdə daha çox məlumat əldə edək. Ancaq biz istənilən halda ortaya keyfiyyətli oyun qoymalıyıq. “Araz-Naxçıvan” böyük təcrübəyə malik komandadır. “Raba” da avrokuboklarda gücünü sınayıb. Məşqçi heyətimiz bizi ətraflı məlumatlandıracaq. Onu deyə bilərəm ki, məşqlərimizi davam etdiririk”.

Qeyd edək ki, “Araz-Naxçıvan” F qrupunda “Kampuksen Dinamo” (Finlandiya), “Raba” (Latviya) və “Europa” (Cəbəllütariq) klubları ilə qarşılaşacaq. Qrupun oyunları avqustun 20-dən 25-dək Latviyada keçiriləcək. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.