İQTİSADİYYAT


“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi məşğulluğun daha da artmasına dəstək verəcək

Bakı, 29 sentyabr, AZƏRTAC

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertlərinin rəyi nəzərə alınaraq, beynəlxalq təcrübədən bəhrələnərək hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 29-da keçirilən iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, qanun layihəsi kiçik və orta sahibkarlığın inkişafı üçün bu sahədə pərakəndəliyi aradan qaldırmaq məqsədini daşıyır. Qanunun tətbiqi rəqabətqabiliyyətli biznes mühitinin inkişafını daha da gücləndirməklə investisiya cəlbediciliyinin və ən əsası gələcəkdə məşğulluğun daha da artmasına dəstək verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.