İQTİSADİYYAT


“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi təsdiqlənib

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi təsdiqlənib

Bakı, 2 dekabr, AZƏRTAC

Milli Məclis “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 2-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun 5 fəsil, 15 maddədən ibarətdir. Qanunun hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub. Burada məqsəd əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək, ÜDM-də məşğulluğun qeyri-neft sektorunda KOB-ların payının daha da artırılmasından ibarətdir. Qanunun əsas istiqamətləri KOB-lara yerində xidmət, optimal vergi siyasəti, prosedurların daha da sadələşdirilməsi, bilik və bacarıqların artırılması, maliyyə resurslarından çıxışın asanlaşdırılmasıdır.

Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.