İQTİSADİYYAT


Mikro, kiçik və orta sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi vahid reyestr yaradılacaq

Bakı, 29 sentyabr, AZƏRTAC

Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupu yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 29-da keçirilən iclasında müzakirə edilən “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri yeni qanunla müəyyən edilir. Eyni zamanda, qanun layihəsinə görə, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupu yaradılacaq. Koordinasiya qrupunun tərkibi, habelə səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Yeni qanuna əsasən, dövlət dəstəyi almaq üçün mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən müraciətlərin edilməsi və onlara baxılması “İnzibati icraat haqqında” Qanunla təsdiq edilmiş qaydada həyata keçiriləcək.

Eyni zamanda, qanun layihəsində səlahiyyətli qurumun mikro, kiçik və orta sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaratması əksini tapır. Həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.

Bu Qanunun 5.1-ci maddəsinə əsasən müəyyən edilən məlumatların əldə edilməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.