İQTİSADİYYAT


Mikro və kiçik sahibkarlar “BakuBuild 2019” sərgisində iştirak edəcəklər

Bakı, 21 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə mikro və kiçik sahibkarlar XXV Azərbaycan Beynəlxalq İnşaat ("Baku Build" 2019) sərgisində iştirak edəcəklər.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 22-25-də Bakı Sərgi Mərkəzində keçiriləcək sərgidə KOB-lar üçün ayrılmış xüsusi stenddə tikinti və inşaat sahəsində fəaliyyət göstərən sahibkarların məhsulları nümayiş olunacaq.

Qeyd edək ki, KOBİA mikro və kiçik sahibkarların ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakına dəstək göstərir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır. İndiyədək KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar, Qida Sənayesi, Hədiyyələr və Promo Məhsulları, Təhsil və Karyera sərgilərində, "Organic Food Festivalı 2019"da və sair iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.