ELM VƏ TƏHSİL


Mikrobiologiya İnstitutu Lənkəran Regional Elmi Mərkəzi ilə əməkdaşlıq edəcək

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunun direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Pənah Muradov Lənkəran şəhərində ezamiyyətdə olub. Səfər AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşıb.

Bu barədə AZƏRTAC-a Mikrobiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyevlə görüşdə mümkün tədqiqat istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra P.Muradov mərkəzin təcrübə sahələrinə baxış keçirib, görülən işlərlə yerində tanış olub, birgə tədqiqatların daha da genişləndirilməsi qərarlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.