Mikrobiologiya İnstitutunda magistrantların qış imtahan sessiyası yekunlaşıb
AzerTAg.az
Bakı, 28 yanvar, AZƏRTAC
Mikrobiologiya İnstitutunda 2020-2021-ci tədris ili üçün magistratura pilləsi üzrə qış imtahan sessiyası başa çatıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mikrobiologiya ixtisası üzrə təhsil alan ikinci kurs magistrant Müjgan Məsimi mikrobioloji biotexnologiya fənnindən son ixtisas imtahanını verib.
Cavablar fənn müəllimi biologiya elmləri doktoru, dosent Könül Baxşəliyeva tərəfindən qiymətləndirilib. Magistrant yüksək nəticə əldə edərək qış imtahan sessiyasını müvəffəqiyyətlə başa vurub.
İmtahan prosesində institutun direktoru vəzifəsini icra edən Pənah Muradov da iştirak edib.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində karantin rejimi səbəbindən imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib.

Xəbərin mətnində orfoqrafik səhv var