ELM VƏ TƏHSİL


Mikrobiologiya İnstitutunda magistrantların yay imtahan sessiyası yekunlaşıb

Bakı, 13 iyul, AZƏRTAC

AMEA Mikrobiologiya İnstitutunda 2019-2020-ci tədris ili üçün magistratura pilləsi üzrə yay imtahan sessiyası bu gün başa çatıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, mikrobiologiya ixtisası üzrə təhsil alan birinci kurs magistrant Müjgan Məsimi mikroorqanizmlərin sistematikası fənnindən son ixtisas imtahanı verərək yay imtahan sessiyasını müvəffəqiyyətlə başa vurub.

Cavablar fənn müəllimi AMEA-nın müxbir üzvü Pənah Muradov tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.