ELM VƏ TƏHSİL


Mikrobiologiya İnstitutunda şəhidlərimizin xatirəsi anılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Mikrobiologiya İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Mikrobiologiya İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu qeyd edib.

P.Muradov tədbir iştirakçılarına Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidi və qazilərinin şücaət və fədakarlığından söhbət açıb. Otuz ilə yaxın müddətdə işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıb.

Sonda institutun əməkdaşları II Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərinə gül düzüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.