ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutunun əməkdaşı maraqlı məruzə müəllifi kimi diplomla təltif edilib
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Səfərova “Gənc bioloqların qış məktəbi-2019” layihəsində uğurlu iştirakına görə mükafatlandırılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, A.Səfərova gənc alim, magistr, doktorant və dissertantların iştirakı ilə keçirilən müsabiqədə maraqlı məruzə müəllifi kimi ikinci yerə layiq görülüb və diplomla təltif edilib.
Üçgünlük qış məktəbində gənc bioloqlar müxtəlif formatlı elmi disputlar aparıb, biologiya və tibb elmlərinin mütərəqqi prioritetlərinə dair biliklərini təkmilləşdirib, müzakirələrdə iştirak ediblər.
Qeyd edək ki, qış məktəbi AMEA-nın Biologiya və Tibb Elmləri bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]