ELM VƏ TƏHSİL


Mikrobiologiya İnstitutunun əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər

Bakı, 25 sentyabr, AZƏRTAC

AMEA-nın Mikrobiologiya İnstitutunun rəhbərliyi və kollektivi 27 sentyabr - Anım Günü çərçivəsində İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, institut əməkdaşları ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan vətən oğullarının məzarlarını ziyarət edib, onların xatirəsini ehtiramla yad ediblər. Şəhidlərimizin məzarları önünə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, sentyabrın 27-də Mikrobiologiya İnstitutunda Anim Gününə həsr olunan onlayn tədbir keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.