ELM VƏ TƏHSİL


Mikrobiologiyanın müasir nailiyyətlərini əks etdirən toplu nəşr olunub

Bakı, 12 yanvar, AZƏRTAC

“Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun elmi əsərləri 2017” toplusu çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, nəşrdə bu elm müəssisəsi əməkdaşlarının illik elmi əsərləri, monoqrafiyaları, onların xaricdə və ölkənin nüfuzlu elmi jurnallarında dərc olunan yazıları verilib.

Toplu institutun 2017–ci ildəki elmi axtarışlarının məcmusu kimi mikrobiologiyanın müasir nailiyyətlərini əks etdirir və gələcəkdə elmi işlərdə inkişaf prespektivlərini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır.

Nəşr müxtəlif elmi-tədqiqat institutlarında və ali məktəblərdə mikrobiologiya, mikologiya, eləcə də ümumi biologiya və ekologiya sahələrində aparılan elmi tədqiqat işlərinin materialları əsasında hazırlanıb.

Burada Mikrobiologiya İnstitutunun 2017- ci il üçün elmi nəşrlərinin statistik mənzərəsi və əməkdaşların əlifba sırası ilə göstəriciləri verilib.

Toplu Mikrobiologiya İnstitutu elmi şurasının qərarı ilə 2003-cü ildən nəşr olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.