İQTİSADİYYAT


Mikromaliyyə Assosiasiyası təcrübə proqramı elan edib

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) 3 aylıq təcrübə proqramını elan edib.

AMFA-dan AZƏRTAC-a bildirilib ki, “İnzibati işlər üzrə təcrübə proqramı”nın iştirakçılarına olan tələbləri açıqlanıb: ali təhsil (iqtisadi sahələrə üstünlük veriləcək); məsuliyyətli olmaq; kollektivdə işləmək bacarığı; işdə dəqiqlik və detallara fikir vermə; Azərbaycan və ingilis dillərində səlis yazma bacarığı; “MS Word”, “Excel” və “Power Point” proqramlarında işləmək bacarığı; inkişafa meyillilik.

Vəzifə öhdəlikləri bunladır: assosiasiyanın keçirdiyi tədbir və layihələrə dəstək göstərmək; ofis proqramlarında məlumatların yığılması; telefon danışıqlarının aparılması; məqalə, press-reliz, veb səhifəsi üçün hekayələrin və sosial media üçün mətnlərin hazırlanması.

Təcrübə Proqramına qoşulanlar kollektivdə real iş şəraitində təcrübə keçmək imkanı, “MS Excel”, “MS Word” və “MS Outlook” proqramları üzrə bilik və bacarıqları inkişaf etdirmək, ingilis dili üzrə söz ehtiyatını genişləndirmək, tədbirlərin keçirilməsi və idarəedilməsi üzrə praktiki təcrübə qazanmaq, assosiasiyanın keçirdiyi tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.

Proqramı uğurla başa vuranlara Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən sertifikat və tövsiyə məktubu veriləcək. Təcrübə proqramı həftədə 5 dəfə olmaqla (09:00- 18:00) əhatə edir. Maraqlanan şəxslər CV-ni “Könüllü” başlığı altında “[email protected]” mail ünvanına göndərə bilərlər.

Qeyd edək ki, AMFA 16 ildir maliyyə sektorunda fəaliyyət göstərən biznes assosiasiyadır. Assosiasiyanın bank, bank olmayan kredit təşkilatlarından ibarət 32 üzvü var. AMFA-nın missiyası mikromaliyyə təşkilatlarının və onun müştərilərinin potensialının gücləndirilməsi və mikromaliyyə icmasının maraqlarının qorunmasına yönəldilmiş kollektiv təşəbbüsləri təşviq etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.