İQTİSADİYYAT
Mil-Muğan kollektorunun üzərində yerləşən qəzalı vəziyyətə düşmüş körpü təmir edildi
Bakı, 9 iyun, AZƏRTAC
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş avtomobil körpüsündə aparılan təmir işləri yekunlaşıb. Bu gündən etibarən körpü üzərində tam olaraq nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Bu barədə AZƏRTAC-a “Azəryolservis”in mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, körpü üzərində nəqliyyat vasitələrinin intensivliyi nəzərə alınaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilmişdi. Körpüdə aparılmış təmir-tikinti işləri zamanı normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində sınmış 4 ədəd dəmir-beton tirlər dəyişdirilib. Qəza baş vermiş hərəkət zolağı boyunca 90 metrlik aşırım tirləri üzərində dəmir-beton karkas yığılaraq üstü betonlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]