DÜNYA
Milad gecəsi Moskvada son 120 ilin ən soyuq gecəsi olub
Bakı, 7 yanvar, AZƏRTAC
Bu ilin Milad gecəsi Moskvada nəinki bu qışın ən soyuq gecəsi müşahidə olunub, həmçinin meteoroloji müşahidələrin son 120 ilinin rekordunu müəyyənləşdirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Rusiyanın paytaxtında Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində termometr mənfi 29,9 dərəcəni göstərib. Moskva ətrafında – Klin və Dimitrov şəhərlərində havanın hərarəti 33,4 dərəcəyə, Volokolamsk şəhərində isə 32,2 dərəcəyə qədər enib.
Buna baxmayaraq, bu gecənin temperatur minimumu ümumi rekordu yeniləyə bilməyib. Belə ki, 120 il bundan əvvəl, 1881-ci ildə Moskvada 35 dərəcəyə qədər şaxta olmuşdu. Ən isti Milad gecəsi isə 2007-ci ildə qeydə alınıb – müsbət 3,5 dərəcə.
Meteoroloqların məlumatına əsasən, bazar günündən etibarən paytaxtda şaxta bir qədər azalmağa başlayacaq və bu tendensiya növbəti həftəboyu davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]