İDMAN


“Milan” “Boka Xuniors”un forvardı Pavon ilə maraqlanır

Bakı, 22 mart, AZƏRTAC

“Milan” klubu “Boka Xuniors” (Argentina) klubunun hücumçusu Pavon ilə maraqlanır.

AZƏRTAC “Tuttosport”a istinadla xəbər verir ki, “Milan” futbolçunu almaq imkanlarını öyrənir. Argentina klubu isə Pavonun satışından 35 milyon avro qazanmaq niyyətindədir.

“Milan” vaxtilə “Boka Xuniors”un maraq göstərdiyi müdafiəçi Qustavo Qomesin də sövdələşməyə daxil olunmasını təklif edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.