Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Milan Expo 2015”də Azərbaycan pavilyonunu 3 milyon 250 mindən çox insan ziyarət edib VİDEO

Bakı, 19 noyabr, AZƏRTAC

“Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycanın iştirakının yekunları ilə əlaqədar noyabrın 19-da Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycan pavilyonu layihəsinin həyata keçirilməsi ilə bağlı görülən işlərdən danışıb. Bildirilib ki, “Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (“Feeding the Planet, Energy for Life”) devizi altında keçirilən “Milan Expo 2015” sərgisinə maraq həddindən artıq böyük olub.

Qeyd edilib ki, “Milan Expo 2015” sərgisində dünyanın 145 ölkəsindən yalnız 54-ü, o cümlədən Azərbaycan öz milli pavilyonunu təqdim edib. “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli, 2000-dək kvadratmetr ərazidə təşkil olunan milli pavilyonumuzun təməli 2014-cü ilin iyulunda qoyulub. Üç yüz nəfərdən ibarət işçi qrupu ümumdünya sərgisində Azərbaycan pavilyonu layihəsinin hazırlanmasında iştirak edib.

“Milan Expo 2015” sərgisində Azərbaycan milli pavilyonunda işlərin Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təşkil olunduğunu söyləyən Anar Ələkbərov deyib: “Həm xarici, həm də yerli mütəxəssislər tərəfindən hazırlanan layihənin yekununda arxitektura və tərtibat baxımından gözəl iş ərsəyə gəldi. Azərbaycan milli pavilyonu ölkəmiz üçün ən uğurlu layihələrdən biri oldu”. A.Ələkbərov layihənin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyini xüsusi vurğulayıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri və tapşırıqları nəticəsində işlər tez bir vaxtda başa çatdırıldı.

Mərkəzin direktoru dünyada qidalanma sahəsində çağırışlara yeni cavablar axtarmaq üçün çox önəmli bir məkan olan sərgidə ölkəmizin “Azərbaycan: Biomüxtəliflik xəzinəsi” pavilyonu ilə uğurla təmsil olduğunu söyləyib. İtaliya hökumətinin Azərbaycan pavilyonuna “Milan incisi” adı verdiyini bildirən A.Ələkbərov deyib: “Azərbaycan pavilyonunun tikintisi bir neçə ay ərzində başa çatdı. İlk pavilyon idi ki, mart ayında artıq “Milan Expo 2015”ə tikintinin başa çatması haqqında məruzə etdik. Mayın 1-də isə pavilyonun açılışını etdik”.

A.Ələkbərov gözəl təbiətə və bioloji müxtəlifliyə malik Azərbaycanın coğrafi və iqlim müxtəlifliyini, mədəniyyətini, incəsənətini, füsunkar təbiətini, ləziz mətbəxini, qədim ənənələrini, keçmişini və bu gününü daha ətraflı təqdim etmək üçün sərginin geniş imkanlar yaratdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan milli pavilyonunun əldə etdiyi uğurlar Ermənistanın “Milan Expo 2015” də iştirakdan imtina etməsinə səbəb olub.

Mərkəzin direktoru bildirib ki, ümumilikdə altı ay ərzində 23 milyondan çox insan “Milan Expo 2015” sərgisini ziyarət edib. Bu müddət ərzində Azərbaycan milli pavilyonunda 3 milyon 250 mindən çox izləyici olub. Anar Ələkbərov pavilyonun ərazisində, həmçinin IDEA Biomüxtəliflilik Parkının olduğunu qeyd edib. Bildirib ki, ərazisi 400 kvadratmetr olan parkda Azərbaycanda IDEA tərəfindən həyata keçirilən ekoloji layihələr, flora və faunanın, nəsli kəsilməkdə olan heyvanların qorunması üzrə tədbirlər barədə məlumat verilib. Müxtəlif ekoloji tədbirlərin keçirildiyi diqqətə çatdırılıb. O bildirib ki, parkda quraşdırılmış böyük monitorlar vasitəsilə birinci Avropa Oyunları nümayiş etdirilib.

Milandakı Azərbaycan milli pavilyonunun ölkəmizə köçürüləcəyini söyləyən Mərkəzin direktoru deyib: “Biz istərdik ki, pavilyonu Azərbaycanın ən gözəl guşələrindən birində quraşdıraq. Bəzi dövlətlər öz pavilyonlarını artıq sökdülər. Amma biz bildirdik ki, pavilyonu Azərbaycana qaytaracağıq. Pavilyonun Bakı Bulvarında quraşdırılması məsələsinə baxılır. Şəhərdə uyğun məkanın ayrılması ilə bağlı Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Hazırda isə pavilyonun qardan, yağışdan qorunması üçün işlər aparılır. Bu işlər təxminən iki həftə davam edəcək. Bundan sonra isə konkret addımlar atacağıq”. Anar Ələkbərov qeyd edib ki, pavilyon Bakıda qurularkən hazırkı məzmun ümumən saxlanılacaq, lakin müəyyən yenilənmələr ediləcək.

Direktor vurğulayıb ki, layihə Azərbaycanın dünyada tanınması işinə xidmət edib: “Hesab edirəm ki, ölkəmizin 2015-ci ildə Avropa Oyunlarında qazandığı uğurdan sonra bu sərgi bizim növbəti yüksək nəticəmiz oldu”.

Pavilyonun memarı Rikardo Ciqolotti Azərbaycanın ecazkar təbiətə, zəngin mədəniyyətə malik olduğunu, layihəni hazırlayarkən bu elementlərə xüsusi fikir verdiyini söyləyib. Sərgidə ən gözəl pavilyonun Azərbaycana məxsus olduğunu deyən R.Ciqolotti ictimaiyyətin bu layihəni maraqla qarşılağını bildirib.

Mətbuat konfransında, həmçinin Azərbaycan pavilyonu ilə bağlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, pavilyonda qurulan 3 biosfera ətraf mühiti və qədim mədəniyyəti daim harmoniyada olan Azərbaycanı təcəssüm etdirir. Pavilyonu əhatə edən taxta divarlar bu diyara xas olan küləyin və həmişə burada dövr edən mədəni və yaradıcı axının rəmzidir.

Pavilyonun birinci mərtəbəsi “Səslər simfoniyası” adlanır. Burada Azərbaycanla bağlı məlumatlar təqdim olunub. İkinci mərtəbədə - “Rənglər simfoniyası”nda iqlim, landşaftla bağlı məlumatlar çatdırılıb. Üçüncü mərtəbə “Dadlar simfoniyası” adlanır. Bu mərtəbədə milli mətbəxlə bağlı nümunələr təqdim edilib.

Dördüncü mərtəbədə isə restorandır.

Pavilyonun tikintisi zamanı 18 kilometr qaynaq işləri, 15 ton dəmir istifadə edilib. Bundan əlavə, 680 şüşə panel də istifadə olunub. Pavilyonun məzmununun hazırlanması ilə əlaqədar Azərbaycan 150 gün çəkiliş edib və bu çəkilişlər bütün regionları əhatə edib.

Pavilyonun Milanda fəaliyyət göstərdiyi müddətdə, həmçinin təhsil, mədəniyyət, elm, iqtisadiyyat və digər sahələrdə müxtəlif konfranslar, biznes forumlar təşkil olunub.

Milli pavilyon İtaliyanın Ətraf Mühit və Dəniz Ehtiyatlarının Mühafizəsi Nazirliyinin “Davamlı Ekspoya doğru” proqramı çərçivəsində “Dizayn və materiallar” nominasiyası üzrə ən uğurlu ekoloji layihə kimi mükafatla təltif olunub və milli pavilyonlar sırasında öz kateqoriyası üzrə ən gözəl pavilyon seçilib.

“Milan Expo 2015”də Azərbaycan pavilyonunu 3 milyon 250 mindən çox insan ziyarət edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub