İDMAN


Milan Obradoviç: Tanışlıq baxımından qısamüddətli toplanış məni qane etdi

Bakı, 24 yanvar, AZƏRTAC

Tanışlıq baxımından qısamüddətli toplanış məni qane etdi. Komanda üzvləri ilə tanış olmağı planlaşdırmışdıq, məqsədimizə çatdığımızı deyə bilərəm. Oyuna gəldikdə, həm hücumda, həm də müdafiədə taktiki baxımdan planlaşdırdıqlarımızı yerinə yetirdik. Təbii ki, bu amil məni sevindirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Spartak-2” (Moskva) komandası ilə keçirilmiş yoxlama oyunundan sonra 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis bildirib ki, bundan daha yaxşı oynaya bilərdik. Əlverişsiz hava şəraiti imkanlarımızdan istifadə etməyimizə mane oldu. Xüsusilə də birinci hissədə bunu daha çox hiss etdik. Çünki güclü küləyə qarşı da mübarizə apardıq. Uşaqlarda istək böyük idi. Onlar özlərini yaxşı tərəfdən göstərməyə, tapşırıqları daha yaxşı yerinə yetirməyə çalışdılar. Fərdi baxımdan səhvlərə yol verdik. İstənilən halda, bu oyun taktiki baxımdan yaxşı sınaq oldu. Düşərgəmizdə zədəli futbolçuların olduğunu da qeyd edim. Qarşıda görüləcək işlərimiz var.

Qeyd edək ki, millimizin “Spartak-2” komandası ilə oyununda hesab açılmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.