İDMAN


“Milan” klubu “Barselona”nın futbolçusunu almaq niyyətindədir

Bakı, 2 noyabr, Nicat Məmmədov, AZƏRTAC 

İtaliyanın “Milan” klubu İspaniyanın “Barselona” komandasının yarımmüdafiəçisi Denis Suarezi heyətinə qatmaq istəyir.

AZƏRTAC “Football Espana” nəşrinə istinadla xəbər verir ki, 24 yaşlı ispaniyalını “Milan” klubu mövsümün əvvəlində transfer etmək istəsə də, kataloniyalılar futbolçunu komandada saxlamağa qərar veriblər. Transferlə “rossoneri”lərin yeni direktor vəzifəsinə təyin olunmuş klubun sabiq oyunçusu Leonardo məşğul olur. Leonardo orda xətti gücləndirmək məqsədi ilə İngiltərənin “Çelsi” klubunun oyunçusu Fabreqasın da transferi üzərində çalışır.

Qeyd edək ki, D.Suarez cari mövsüm “Barselona”nın heyətində yalnız bir oyunda meydana çıxıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.